Fransada Avropa çempionatı çərçivəsində azarkeşlərə Quran paylanıldı
Fransanın paytaxtı Parisdə Avropa çempionatı çərçivəsində azarkeşlərə 100 min cild Quran, tərcüməsi və təfsiri ilə birlikdə paylanılıb. Maide.Az xəbər verir ki, bu Quran kitabları Müsəlman Cəmiyyətləri Birliklərinin Gənclər təşkilatları tərəfindən paylanılıb. Bu aksiyadan məqsəd Avropalılar arasında İslam dinini tanıtdırmaqdır. Aksiya çərçivəsində Quranla yanaşı digər dini kitablarda paylanılıb.