Frankfurt hava limanında Namaz otağı istifadəyə verilib
Almaniyanın Frankfurt hava limanında yeni Namaz otağı istifadəyə verilib. Maide.Az “aboutislam” saytına istinadən xəbər verir ki, Frankfurt hava limanında müsəlmanların istifadəsi üçün Namaz otağında səhər saat 5-dən – axşam saat 11-dək fəaliyyət göstərəcək. Namaz otağı fevral ayının 1-dən fəaliyyətə başalyıb. Namaz otağında xanımların da namaz qılması üçün şərait yaradılıb.