Florida universitetində İslam Dünyası Araşdırma Mərkəzi yaradılacaq
ABŞ-ın Florida Beynəlxalq Universitetində İslam Dünyası Araşdırma Mərkəzi yaradılacaq. Maide.Az “miamiherald.com”-a istinadən xəbər verir ki, bu mərkəz iki müsəlman xeyriyyəçi Muhsin və Fevziye Cafer tərəfindən hədiyyə edilən iki milyon dollar məbləğində maliyyə dəstəyi ilə yaradılacaq. Bu mərkəz Florida ştatında yaradılacaq ilk İslam Araşdırmalar Mərkəzidir. Florida Beynəlxalq Universitetinin rektoru Mark B.Rosenberg məsələ ilə bağlı bildirib ki, bu mərkəz müsəlmanların tarixini və mədəniyyətini, dinlərarası münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcək.