Filippin prezidenti Obamanı `haramzadə` adlandırdı
Filippin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Barak Obamanı “haramzadə” adlandırıb və ona insan haqlarına əməl edilməsində nəsihətlərə girişməməsini məsləhət görüb. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, bu söyüşdən sonra Ağ Ev B.Obamanın R.Duterte ilə planlaşdırılan görüşünü ləğv edib. Sentyabrın 5-də Laosda Şərqi Asiya sammiti ərəfəsində keçirilən mətbuat konfransında çıxış edən Filippin prezidenti Rodriqo Duterte deyib ki, “O , (Obama) özünü nə hesab edir? Mən Amerikanın diktəsi ilə president olmamışam. Mən müstəqil bir ölkənin prezidentiyəm, Filippin xalqından başqa kimsəyə hesab vermərəm. Ey haramzadə, mən sənə nifrin edəcəyəm”. Obama ilə Dutertenin görüşü bu həftə baş tutacaqdı. Amerikanın lideri görüşdə Filippində insan haqlarına əməl olunması məsələsini qaldırmaq niyyətindədir. Onlar Duterte prezident seçiləndən bəri ilk dəfə görüşəcəklər. Filippin prezidenti Amerikanı ölkənin Mindanao adasındakı qarışıqlıqlarda əli olmaqda ittiham edib.