Filippinin sahillərində 5.7 gücündə zəlzələ
Fillippin sahillərində 5.7 bal gücündə zəlzələ baş verib. Trend-in "TASS"-a istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Balinqasey çəhərindən 4 kilometr şimal-qərbdə olub. Zəlzələnin ocağı 23.5 kilometr dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdu.