Maide.az

Filippində güclü zəlzələ baş verib

Filippinin Mindoro adasında 5,7 bal gücündə zəlzələ baş verib.   Maide.Az Trend-ə istinadla xəbər verir ki, zəlzələnin episentri 4 min nəfər əhalisi olan Adela yaşayış məntəqəsindən 2 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.   Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.