Filippində 2500 məscid fəaliyyət göstərir
Filippində əhalinin 10 faizini müsəlmanlar təşkil etsə də ölkədə 2500 məscid var Maide.Az xəbər verir ki, Filippinin baş müftisi Əli Ancu deyib ki, müsəlmanlar daha çox Mindanao, Palauan və Morosecond bölgələrində məskunlaşıblar. O deyib ki, müsəlmanların məskunlaşdığı ərazidə 2500 məscid fəaliyyət göstərir . “İlk məscid hicri təqvimi ilə 9 -cu əsrə aiddir. Bundan başqa 120 islami mərkəz fəaliyyət göstərir. Baş müfti bildirib ki, Filippinə islam hicri təqvimi ilə 6-cı əsrdə tacirlər vasitəsi ilə gəlib. Tarixi mənbələrə əsasən, Filippinin bəzi adaları İslam torpaqları olub.