Filipində Səudiyyəli müftiyə silahlı hücum olub
Səudiyyə Ərəbistanının tanınmış müftilərindən olan Şeyx Aid əl- Qarniyə silahlı hücum təşkil edilib. Maide.az xəbər verir ki, Əl-Ərəbiyyə telekanalının məlumatına görə, Filippinin Zamboanqa şəhərində dini-elimi konfransda çıxış edən Qarniyə silahlı hücum edilib. Hücum nəticəsində din alimi yaralanıb, onunla birlikdə olan insanlardan bəziləri ölüb. Qarni Filippindəki xəstəxanalardan birinə aparılıb. /