Maide.az

FİFA prezidenti: “DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq”

DÇ-2018-in final mərhələsində video hakim funksiyasından istifadə olunacaq.   Bu barədə FİFA prezidenti Cianni İnfantino açıqlama verib.   Ali futbol qurumunun rəhbəri bildirib ki, bu sistem artıq müsbət nəticə verib: “Biz bu sistemdən ancaq müsbət nəticələr almışıq. Ona görə də qarşıdakı mundialda hakimlərə kömək üçün istifadə olunacaq”.   Qeyd edək ki, video hakim funksiyası DÇ-dən öncə Konfederasiyalar Kubokunda istifadə olunacaq. (apa) /