Maide.az

FİFA-ın yeni reytinqi: millimiz irəlilədi

Bu gün FİFA milli komandaların növbəti reytinqi açıqlanıb. Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dünyanın 209 yığması yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Hazırda Robert Prosineçkinin komandası 269 xalla 133-cü pillədə qərarlaşıb. DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 5-ci, Şimali İrlandiya 26-cı, Çexiya 29-cu, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur. İlk onluqda isə aşağıdakı komandalar yer alıb:  1 (1). Argentina  2 (2). Belçika  3 (3). Çili  4 (4). Kolumbiya  5 (5). Almaniya  6 (6). İspaniya  7 (7). Braziliya  8 (8). Portuqaliya  9 (9). Uruqvay  10 (10). İngiltərə