Maide.az

FİFA: 2026-cı ilin dünya çempionatı Avropa və Asiyada keçirilməyəcək

  Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Sürixdə keçirilən toplantısında 2026-cı ilin dünya çempionatının keçirilməsi üçün ərizələrin qəbulu prinsipi təsdiqlənib.   Verilən məlumata görə, ərizələr 2018 və 2022-ci il mundiallarına ev sahibliyi etmiş ölkələrdən - Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Asiya Futbol Konfederasiyası (AFK) üzvlərindən qəbul edilməyəcək.   Avropa ölkələri dünya birinciliyinin keçirilməsinə yalnız o vaxt iddia edə bilərlər ki, digər qitələrdən olan namizədlər texniki və makiyyə tələblərə cavab verməsinlər.   Bununla yanaşı, çempionatın bir neçə ölkə tərəfindən birgə keçirilməsi üçün heç bir məhdudiyyət yoxdur.   2026-cı ilin dünya çempionatına ev sahibliyi üçün əsas namizəd ABŞ hesab edilir. (apa) /