Maide.az

Feysbuk, İsrail rejimi ilə razılaşdı, fələstinlilərin hesabları dondurulacaq

Feysbuk, Sionist İsrail rejimi ilə imzaladığı müqaviləyə əsasında, fələstinlilərə aid hesabları qadağan edəcək.   Maide.Az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Fələstin Fikir Azadlığı təşkilatı MADA, feysbuk rəsmiləri və İsrail rejimi nümayəndələri arasında keçirilən görüşdən sonra, çox sayda fələstinli istifadəçinin hesabının dondurulduğunu bildirib.    MADA-nın ötən gün yaydığı hesabata görə, son 1 ay ərzində jurnalistlər, fəallar və cəmiyyət nümayəndələrinin feysbuk hesabları təqib olunub.   2014-2016 illəri arasında, 70 fələstinli jurnalistin sosial media hesabları hücuma məruz qalıb.   MADA bildirir ki, fələstinlilərə aid qadağan olan hesablarda işğalçı Sionist rejimin işğalçılığı pisləndiyi üçün  feysbuk tərəfindən bağlanılır.