Maide.az

Feysbuk 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb

Feysbuk şirkəti 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, texniki boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb.   Lakin, hücum olunan profillərdəki məlumatların başqa məqsədlər üçün istifadə edilib-edilmədiyi hələki məlum deyil.   Bu açıqlamadan sonra Feysbuk şirkətinin dəyəri 3 faiz ucuzlaşıb.   Şirkətin təhlükəsizlik şöbəsinin rəhbəri Qay Rozen yaranan problemə görə istifadəçilərdən üzr istəyib.