Falluca şəhər administrasiyası binasında İraq bayrağı dalğalanır
İraqın təhlükəsizlik qüvvələri Bağdaddan qərbində yerləşən Falluca şəhəri üzərində nəzarəti ələ keçirib və şəhər administrasiyası binasında İraq bayrağını asıb. Maide.Az xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri həmçinin Fəllucanın cənub şərqində yerləşən Əl-Ursan bölgəsini azad ediblər. Bu bölgənin azad olması ilə Fərat çayının sol cinahında təhlükəsizlik təmin olunub.