Maide.az

'Facebook' düşüncə gücü ilə kompüterin idarəedilməsi texnologiyasının startapını alacaq

"Facebook" şirkəti düşüncə gücü istifadə edərək kompüterin idarəedilməsi texnologiyasını işləyib hazırlayan "CTRL-Labs" startapını satın alacaq.   "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi şirkət nümayəndəsinə istinadən məlumat yayıb.   Bildirilib ki, sövdələşmənin dəyəri 500 milyondan 1 milyard dollara qədər dəyişə bilər.   Qeyd edək ki, "CTRL-Labs" istifadəçinin biləyinə yapışan və onun neyronlarının fəaliyyətini oxuyan qolbaq şəklində qacet hazırlayır. Beləliklə, texnologiya istifadəçinin düşüncələrində formalaşdırdığı tələb olunan əmrlər barədə kompüterə məlumatlar ötürür.