Maide.az

Facebook anonim ünsiyyət üçün proqram buraxacaq

Dünyada ən böyük sosial şəbəkənin məxsus olduğu Facebook Inc. şirkəti istifadəçilərinə anonim ünsiyyət qurmağa imkan verəcək mobil əlavə hazırlayacaq. Bu zaman onlar həqiqi adın yerinə təxəllüsdən istifadə edə biləcəklər. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi “New York Times”a istinadən xəbər yayıb. Nəşrin məlumatına görə, proqram ən yaxın həftələrdə buraxılacaq. Əlavənin hazırlanması ilə Branch xidmətinin banisi Coş Miller məşğul olur. O, həmin xidməti aldıqdan sonra Facebook-a keçib. Hələlik yeni əlavənin sosial şəbəkəyə inteqrasiya olunacağı, onunla fotoşəkilləri mübadilə etmək və ya dostların siyahısını tərtib etməyin mümkün olub-olmayacağı məlum deyil. /