Facebook-dan 50 milyon istifadəçinin məlumatları oğurlanıb
Facebookda 50 milyon sosial şəbəkə istifadəçisinin özəl məlumatlarının oğurlandığı ortaya çıxıb. Vaşinqton prokurorluğu artıq bununla bağlı istintaqa başlayıb. Maide.Az "FaktXeber"-ə istinadən xəbər verir ki, baş verənlərdə şübhəli kimi iki nəfərin adı hallanır – kompaniyanın əməkdaşı Cozef Kansellor və Aleksandr Koqan. Ehtimal olunur ki, onların birgə yaratdıqları Global Science Research firması konfedensiallıq siyasətini pozaraq şəxsi məlumatları Cambridge Analytica analitik kompaniyasına təqdim edirmiş. Sosial şəbəkə analitik firmanın şəxsi səhifəsini ləğv edib.