Facebook-da CANLI YAYIM etmək mümkün oldu - VİDEO
“Facebook” sosial şəbəkəsi Live – birbaşa videoyayım xidmətini bütün istifadəçiləri üçün əlçatan edib. Bu barədə dünən şirkətin təsisçisi Mark Zukerberq öz səhifəsində bildirib. O vurğulayıb ki, Live-nin sayəsində video yartamaq və dostlar arasında paylaşmaq mümkündür. Onun sözlərinə görə, yeni xidmət istifadəçilərin sosial şəbəkədə ünsiyyətə girməsi ilə bağlı böyük addımdır: “Live – sənin cibində olan videokameradır. Kimin telefonu varsa, o bütün dünyadan birbaşa yayım edə bilər. Real vaxt rejimində ünsiyyətə girənlər özlərinə bir-birinə daha yaxın hiss edəcəklər” Zukerbeqr özü də canlı yayım etməyə və istifadəçilərin bütün suallarını cavablandırmağa söz verib. Xatırladaq ki, 2016-cı ilin mart ayında Facebook Live birbaşa videoyayımdan istifadə edəcəkləri halda məşhurlara pul ödəyəcəyinə söz vermişdi. Servisin inkişafında aktyorlar, komiklər, teleulduzlar və məşhur internet-personalar iştirak edir. Layihənin inkişafı üçün ümumilikdə 100 məşhur cəlb olunub. Qeyd edək ki, Live servisi 2015-ci ilin avqust ayından işə düşüb, ansaq bu xidmətdən yalnız məşhur insanlar istifadə edə bilirdilər. Canlı yayımlara üzvlərin xəbər lentində baxmaq olurdu. Yeri gəlmişkən, “Twitter” kompaniyası 2015-ci ilin mart ayında Periscope birbaşa vidoyayım servisini işə salmışdı.faktxeber /