Maide.az

Fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqları tanındı

Fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqları tanındı   Eastnews.org-un verdiyi xəbərə görə, BMT Baş Assambleyası Fələstin xalqının öz siyasi və torpaq bütövlüyü ilə bağlı müqəddəratını təyin etmə haqqını tanıyıb.     Bu barədə Fələstin Muxtariyyəti Xarici İşlər naziri Riyad əl-Maliki açıqlama verib.     Riyad əl-Maliki açıqlamasında bildirib ki, bu haqq müstəqil ölkələrin sahib olduğu müstəsna haqqdır.     "Biz də bu qərarı hədəf alaraq hüquqlarımızı qoruyacağıq. Atacağımız addımlar gələcəkdə daha çox beynəlxalq hüquq çərçivəsində reallaşacaq", - deyə Riyad əl-Maliki diqqətə çatdırıb.