Maide.az

Fələstinli uşaqların Mahir Əl-Əxrəsə dəstək aksiyası - FOTO

Qəzzada Fələstinli uşaqlar sionist rejim həbsxanalarında saxlanılan məhbuslar xüsusi ilə  fəal Mahir əl-Əxrəsə dəstək məqsədilə  etiraz aksiyası keçirib.    Maide.Az  "ABNA"a istindala xəbər verir ki,  uşaqlar əllərində şam yandıraraq Mahir əl-Əxrəs və digər məhbusların azadlığını tələb ediblər.    Qeyd edək ki, fələstinli məhbus fəal Mahir əl-Əxrəsin 85 gündür davam edən aclıq aksiyası bir sıra beynəlxalq hüquq təşkilatlarında gündəmə gətirilib.   Xatırladaq ki, ötən həftə  Qəzzada Fələstinli fəallar da Mahir Əl-Əxrəsə dəstək məqsədi ilə BMT-nin Fələstindəki nümayəndəliyi qarşısında oturaq aksiya keçirmişdi.