Fələstin müqaviməti dənizə 20 raket ataraq Təl-Əvivə xəbərdarlıq etdi - VİDEO
Fələstin Müqaviməti bu gün (1 iyul) səhər dənizə 20 raket atıb. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Fələstin müqavimətinin bu gün səhər bir saat ərzində və səhər saat 02:30-a qədər dənizə 20 raket atdığı bildirilib. Sionist radiosu 30 dəqiqədən az müddətdə 10 raketin atılması rejimin ordusuna aydın bir mesaj verdiyini qeyd edib. Digər bir sionist mənbə isə, HƏMAS-ın bu dəfə belə bir raket atmasının ilk dəfə olduğunu söyləyib. HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssamın nümayəndəsi Əbu Ubeydə keçən həftə verdiyi açıqlamasında Qərb Sahilini işğal etmək planının “müharibə elanı” olduğunu bildirmiş və sionist rejimə xəbərdarlıq etmişdi.