Fələstin Pravoslav Kilsəsinin arxiyepiskopu: ‘Qüds çox böyük təhlükədədir’
Qüds çox böyük təhlükədədir. Maide.Az "palinfo"a istinadla xəbər verir ki, bunu Fələstin Pravoslav Kilsəsinin arxiyepiskopu Atilla Han Nablus şəhərinin rəsmi şəxsləri və sakinləri ilə görüşdə deyib. O Qüds şəhərinin yəhudiləşməsi ilə bağlı öz narahatlığını bildirib. "Qüds çox böyük təhlükədədir. Belə ki, işğal olunmuş müqəddəs şəhərdə çoxşaxəli yəhudiləşmə aparılır. Genişmiqyaslı, qəddarcasına həyata keçirilən işğal "xeyirxahlıq" adı altında gecə və gündüz davam etdirilir. ABŞ və Qərbin mövqeyi də bu istilaya rəvac verir". Arxiyepiskop A. Han bildirib ki, biz Fələstin xalqı öz problemlərimizin həllini digərlərindən gözləməməliyik, öz qüvvələrimiiz səfərbər etməliyik. "Biz müqəddəs Qüds şəhərinin qarşısındakı borcumuzu yerinə yetirməliyik, bütün qüvvəmizlə, qətiyyətimizlə birləşməliyik. Bu birlik hüquqlarımızın bərpası yönündə gücümüzü artıracaqdır."