Maide.az

Fəhlə binadan yıxılıb həlak oldu

Bakıda fəhlə binadan yıxılaraq ölüb.   “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 20-i saat 19 radələrində Əhməd Rəcəbli küçəsində baş verib.   Sasbirabad rayon sakini, 1990-cı il təvəllüdlü Habil Məmmədov fəhlə kimi işlədiyi inşa edilməkdə olan 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb.   Hadisə yerinə baxış keçirilib, meyitin daxili və xarici müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.   Hadisə zamanı tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarının pozulduğu üçün Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.