Maide.az

Fələstinli rəssam Qəzzada dağıdılmış binanı sərgiyə çevirib (FOTO)

Fələstinli rəssam Əli əl-Cibəli İsrailin 2014-cü ilin iyulunda təşkil etdiyi hücumda ziyan görən binanın divarlarını sərgiyə çevirib.     Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Cibəli Qəzzadakı fələstinlilərin məruz qaldığı çətinlikləri ifadə etmək məqsədilə şəhərin qərbindəki ən-Nəsr məhəlləsində yerləşən binanın dağılmış divarlarını sərgi sahəsi kimi istifadə edir.     O, bu qeyri-adi sərgisini "Çınqıllar Arasında Xəyalpərəstlər" adlandırıb.     Sərgidə 10 əsəri olduğunu deyən Cibəli "Bu rəsmlər İsrailin davamlı hücumlarını və çətin həyat şəraiti nəticəsində bölgə sakinlərinin məruz qaldığı iztirabları ifadə edir", - deyib.   Cibəli sərgiylə Qəzza əhalisinin yaşadığı sıxıntıların mahiyyətinin başa düşülməsi üçün dünyaya və beynəlxalq ictimaiyyətə verilən mesaja töhfə verməyi arzuladığını dilə gətirib.       İsrail rejimi 2006-cı ildən bu yana Qəzza zolağını quru, dəniz və havadan blokadada saxlayır.   Qəzza zolağında yaşayan təxminən 2 milyon fələstinli illərdir davam edən blokada və İsrailin 2008, 2012 son olaraq da 2014-ci ildə etdiyi genişmiqyaslı hücumlar səbəbiylə çətin şəraitdə yaşayır. İsrailin yaşayış məntəqələrini hədəfə alan hücumlarının arxasında yüzlərlə ölü və yaralı ilə tamamilə və ya qismən dağıdılmış minlərlə bina qalır.