Fələstinin yeni hökumət başçısı bəlli oldu
Fələstində Rami əl-Hamdallahın istefasından sonra boşalan baş nazirlik vəzifəsinin yeni sahibi bəlli olub. Maide.Az "faktxeber"a istinadla verdiyi məlumata görə, Fələstin prezidenti Mahmud Abbas Fəth Hərəmkatı Mərkəzi Şurasının üzvü Muhəmməd İştiyyəni hökumət qurmaqla vəzifələndirib. Qeyd edək ki, yanvarın 29-da Fəth Hərəkatı Mərkəzi Komitəsinin yeni hökumətin qurulması yönündə tövsiyəsindən sonra Rami əl-Həmdallah istefasını prezidentə təqdim etmişdi. O, cəmi 8 gün hökumətin başında olmuşdu.