Fələstinlilər Ramallahda ABŞ əleyhinə etiraz aksiyası keçirdi -FOTO
İşğal altındakı Qərbi Şəriənin Ramallah şəhərində Amerikan evi (American House) önündə toplanan bir qrup Fələstinli ABŞ-ın Fələstinlə bağlı siyasətinə etiraz edib. Maide.Az “AA”a istinadla xəbər veri rki, əllərində üzərində ABŞ əleyhinə şüarlar yazılmış plakartlar daşıyan etirazçılar ABŞ-ın Qüds başkonsulluğuna bağlı olan Amerikan evinin bağlanmasını və Amerikalı işçilərin Qərbi Şəriədən qovulmasını tələb edib. Etirazçılar ABŞ-ın Fələstin torpaqlarındakı fəaliyyət və varlğından məmnun olmadıqlarını bildirib. Etirazçılar həmçinin ABŞ-ın BMT Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) dəstəyini kəsməsini pisləyiblər. Qeyd edək ki, ABŞ bir müddətn öncə BMT Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) yardımları dayandırıb. UNRWA BMT-nin Baş Assambleyası tərəfindən 1949-cu ildə İordaniyada, Suriyada, Livanda, Qərb Şəriyə və Qəzzadakı Fələstinli qaçqınlara kömək etmək üçün yaradılıb. Hazırda Fələstin daxilində və xaricində 5,9 milyon Fələstinli qaçqın var. BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi 194 saylı qətnamə, Fələstinli qaçqınların evlərinə dönməsini tələb edir.