Maide.az

Fələstinlilər “Həmas”a dəstək mitinqi keçirdilər

Sionist İsrailin işğalı altında olan Qərbi Şəriədə yaşayan fələstinlilər Fələstin hökumətinin “Həmas”a tətbiq etdiyi sanksiyalar əleyhinə etiraz aksiyası keçiriblər.   Maide.Az İHA-ya istinadən xəbər verir ki, yüzlərlə etiraz Ramallahda küçələrə axışaraq sanksiyaların ləğv edilməsini tələb ediblər.   Məlumat üçün bildirək ki, İsrailin blokadasında yaşayan Qəzza şəhəri “Həmas”ın idarəçiliyindədir. 2017-ci aprelindən bəri Fələstin hökumətinin “Həmas”a sanksiya tətbiq etməsi səbəbindən Qəzzada məmurların maaşı 30 faiz azaldılıb.   Həmçinin, 10 minlərlə məmur hökumətdən maaş ala bilmir.