Maide.az

Fələstinin işğal olunmuş ərazisində zəlzələ olub

Fələstinin işğal olunmuş ərazisinin şimalında 4,7 bal gücündə zəlzələ baş verib.   Maide.Az beynlxalq KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.   Yerli vaxtla saat 22:45-də qeydə alınan yeraltı təkanların episentri Tiberiya şəhərindən 7 km şimal-şərqdə,  ocağı 10 km dərinlikdə yerləşib.   Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.