Fələstinli qadınlar aksiya keçirdi - FOTO
Yüzlərlə qadının iştirakı ilə “Qayıdış üçün Fələstinli qadınlar” adlı aksiya keçirilib. Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Qəzza zolağının Fələstinin işğal olunmuş əraziləri ilə sərhəddə keçirilən aksiyada çox sayda Qəzzalı qadın iştirak edib. İşğalçı rejim əsgərləri gözyaşardıcı qaz və döyüş patronları ilə qadınların aksiyasına müdaxilə edib. Qeyd edək ki, Fələstin xalqı mart ayının 30-dan indiyədək “Böyük Qayıdış Yürüşü” çərçivəsində dinc etiraz yürüşləri təşkil edir. Minlərlə fələstinlinin sərhəddə dinc nümayişinə işağlçı sionist İsrail rejimi tərəfindən sərt müadaxilələr edilir. Hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər. 30 martdan bu günə qədər 60 -a yaxın fələstinli şəhid olub. Təqribən 9 min fələstinli isə yaralanıb. Maide.Az fotoları təqdim edir: