Maide.az

Fəhlə işlədiyi binadan yıxılaraq ölüb

Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.   Maide.Az "Report"a istinadən xəbər verir ki,  hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib.   Belə ki, təxminən 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.   Faktla bağlı araşdırma aparılır.