Maide.az

Fələstinli yeniyetmə azadlıqdan məhrum edilib

İşğalçı sionist İsrail rejim hərbiçiləri tərəfindən saxlanılan 13 yaşlı Fələstinli yeniyetmə  4 ay müddətinə azadlıqdan məhrum edilib.    Maide.Az  xarici KİV-lərə istinadən xəbər verir ki,  2017-ci ilin dekabr ayında Beyt-Lahmda keçirilən dinc aksiyalarda saxlanılan Əbdür-Rəuf  Əl-Balavi  haqqında  məhkəmə qərarı ötən gün açıqlanıb.    Ə.əl-Balavi işğalçı rejim həbsxanasında saxlanılan ən balaca məhbusdur.    Fələstin qaynaqlarının məlumatına görə, İsrail həbsxanalarında təxminən 7 min fələstinli məhbus var, onlardan təxminən 300-ü uşaqdır.