Maide.az

Fələstin dövlətinin yaradılması məsələsi BMT-də müzakirəyə çıxarıla bilər

Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsi paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması məqsədi ilə BMT çərçivəsində beynəlxalq konfrans keçirməyə çağırıb.   Maide.Az bildirir ki, bu barədə  FAT-ın ötən axşam yaydığı bəyanatda deyilir.       FAT müstəqil Fələstin dövlətinin 1967-ci ildən əvvəl olan sərhədlərdə yaradılmasına ümid edilir.   Bundan başqa, konfransın işində Fələstin qaçqınlarının problemlərinin həlli variantları, İsrail həbsxanalarında  fələstinli məhbusların vəziyyəti və BMT qətnamələrinə uyğunluluq müzakirə ediləcək.