`Fələstinlilərin edamı` layihəsi işğalçı İsrail Parlamentinə çıxarılır
İşğalçı İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman böyük səs-küy yaradacaq qanun layihəsini İsrail Parlamenti Knessetdə səsverməyə çıxır. İsrail televiziyasına açıqlama verən Liberman sionist rejimin hədəflərinə qarşı mübarizə aparan fələstinlilərin edam edilməsini nəzərdə tutan qanun layihəsinin çərşənbə günü ilk səsverməyə çıxılacağını bildirib. Liberman, "belə bir qanun ABŞ-da da var. Buna görə İsrail də dünyada ən güclü demokratik sistemin ardınca getməyə üstünlük verir", - deyə əlavə edib. Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentdə 3 mərhələdən keçməsi lazımdır. Qeyd edək ki, A.Liberman bir müddət öncə Sionist rejim başçıları Fələstin müqavimət hərakatı və Həmasla Amerikanın "ikinci dünya müharibəsi" zamanı Yaponiyalılarla davrandığı kimi davranmağa çağırmışdı. Xatırladaq ki, son bir neçə ayda işğalçı İsrail rejimi müxtəlif bəhanələrlə fələstinlilərə qarşı hücumları artırıb. (faktxeber)