Maide.az

Fələstinlilər Mahmud Abbasın istefasını istəyir

Qərbi Şəriyyə və Qəzza zolağında aparılmış sorğunun nəticələrinə görə, əhalinin 2/3-si prezident Mahmud Abbasdan narazıdır.    Maidə.Az İRİB-ə istinadla xəbər verir ki, buna səbəb kimi sorğu iştirakçıları M.Abbasın hakimiyyətdə olduğu dövr ərzində söz və fikir azadlığı boğmağa çalışmasını göstərib. Eyni zamanda respondentlərin əksəriyyəti onun istefa verməsini istəyib.   Qeyd edək ki, Mahmud Abbas 2005-ci ildən etibarən Fələstin Administrasiyasının rəhbəridir. /