Fələstinli gənclər etiraz aksiyası keçirdi
İsrail əsgərləri, işğal altında olan Qərbi Şəriyədə yəhudi yaşayış məntəqələri və Ayrılıq divarının tikintisinə etiraz edən Fələstinlilərin aksiyasına müdaxilə edib. Maide.Az “AA”-a istinadən xəbər verir ki, işğalçı rejim əsgərləri etirazçı fələstinlilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Sionist rejimin etirazçılara hücumu zamanı onlarla insanın gözyaşardıcı qazdan boğulma təhlükəsi ilə üzləşdiyi bildirilir. Fələstinli gənclər işğalçı rejim əsgərlərinə daş ataraq cavab veriblər.