Fələstində səfərbərlik çağırışı
Fələstindəki müxtəlif milli və İslami qruplar səfərbərlik elan edib. Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qərb Şəriyənin Ramallah şəhərində baş tutan müxtəlif milli və İslami qrupların nümayəndələrinin görüşünün sonunda yazılı bəyanat qəbul olunub. Bəyanatda "Məscidi-Əqsa" üçün cümə günü səfərbərlik elan edilməsi və hər yerdə etiraz aksiyalaraının təşkil edilməsi üçün çağırış edilib. Bəyanatda, Fələstinin işğal olunmuş ərazilərində cümə namazının meydanlarda qılınmasına da çağırış olunub. Digər tərəfdən, Qərb Şəriyədəki "Həmas" Hərəkatından edilən yazılı bəyanatda, Qüds sakinlərinin müqavimətini dəstəkləmək məqsədiylə xalqın etiraz aksiyalarına qatılması və sionist İsrail əsgərlərinin olduğu nöqtələrə getməsi üçün çağırış edildi. Bəyanatda işğalçı rejimin Əqsada axtarış üçün metal detektorların götürülməsinin xalqın təzyiqi nəticəsində baş verdiyi vurğulanıb və bildirilib ki, xalqın təzyiqləri davam edərsə işğalçı rejim Əqsa məscidi ilə bağlı bütün tətbiq etdiyi qadağa və planlardan geri çəkiləcək.