Maide.az

Fələstinli gənc işğalçı rejimin cinayətlərinə cavab olaraq İordan çayının Qərb sahilində 3 israillini öldürüb

İordan çayının Qərb sahilində fələstinli gənc sionst rejimin ötən gün "əl-Əqsa" məscidinin ətrafında fələstinlilərə etdiyi hücuma cavab olaraq  yəhudilərin məskunlaşdığı Halmiş şəhərciyində yaşayış evinə daxil olub və bıçaqla 3 israillini öldürüb və daha 2 nəfəri yaralayıb.   Maide.Az xəbər verir ki, yaralılardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə yerində yardım göstərilib.   Məlumata görə, hücum edən şəxs 18 yaşlı Ömər Əbdülcəlil Əl-Əbd işğalçı rejim əsgərləri tərəfindən güllələnərək şəhid edilib.   Şəhid Ömər Əbdülcəlil Əl-Əbdin vəsiyyətnaməsi sosial şəbəkələrdə geniş yayılıb.     "Həmas" müqavimət təşkilatı bu əməliyyat münasibətilə Fələstin xalqını təbrik edib. “Qüds və Qəzza düşmən sionist əleyhinə mübarizəsini və "əl-Əqsa" məscidinə dəstəyini davam etdirir”, -deyə "Həmas"ın bəyanatında bildirilir.   "Həmas"ın hərbi qolu olan "Qəssam" briqadalarının sözçüsü ƏbuÜbəydə bildirib ki, əgər sionist düşmən "əl-Əqsa" məscidinə əl uzatmağa cürət etsə, kül altındakı közlər alovlanacaq və Qüds intifadası baş tutacaq.  "Əl-Əhrar" hərakatı da İordan çayının Qərb sahilində fələstinli gəncin şəhadətinə münasibət bildirib və deyib ki, bu sionist rejimin cinayətlərinə və "əl-Əqsa" məscidinin bağlanmasına yaxşı cavabdır. İntifada üçün yeni bir mərhələninin başlanğıcı olmalıdır. /