Fələstinlilər azanın qadağan olunmasına geniş miqyasda etirazlara başlayıb
Ötən gün Qəzza zolağı və Fələstinin 1948-ci ildə işğal olunmuş ərazilərində Qüdsdə azanın qadağan olunması layihəsi əleyhinə geniş miqyaslı etiraz aksiyaları keçirilib. Maide.Az xəbər verir ki, Al-Minar kanalınnı məlumatına görə, Qəzza zolağında keçirilən etiraz aksiyasında çıxış edən Həmas rəhbərlərindən Yusif Əl-Şərafi deyib ki, sionist rejimin azanı qadağan etməsi qərarı müsəlmanların və Qüdsdəki digər dinlərin azadlığını aşkar şəkildə pozmaqdır. O deyib ki, azanı qadağan etmə cəhdləri FƏləstinlilərin müqaviməti ilə uğursuz olacaq. Əl-Şərafi Fələstin Özünüidarətmə Təşkilatından istəyib ki, sionist rejimlə əməkdaşlığını dayandırsın və Fələstin xalqı və Məscidül-Əqsanı müdafiə etsin. Ötən gün həmçinin Fələstinin 1948-ci ildə işğal olunmuş ərazilərindədə cümə namazından sonra geniş etiraz aksiyaları keçirilib. Yüzlərlə fələstinli müxtəlif şəhərlərdə küçələrə çıxıb və azanın qadağan olunması layihəsinin ləğvini istəyiblər.