Fələstinli jurnalist 93 gün aclıq etdi və sərbəst buraxıldı
İşğalçı İsrail rejimi 93 gün aclıq etdikdən sonra məcbur oldu və Fələstinli jurnalist Məhəmməd Qeyqi həbsdən azad etdi. Maide.Az Fələstin KİV-lərinə istinadən xəbər verir ki, jurnalist özünə qarşı heç bir ittiham irəli sürülmədən (idari həbs) olunduğu üçün aclıq aksiaysına başlamışdı və sonda işğalçı rejim məcbur oldu cümə axşamı günü M.Qeyqi sərbəst buraxdı. M. Qeyd azadlığa çıxdıqdan sonra Əl-Xəlil şəhərində fələstinli fəallar və ailəsi tərəfindən qarşılanıb. Onun sərbəst buraxılması şərəfinə bayram şənliyi cümə günü Dura şəhərinin mədəniyyət evində təşkil olunacaq.