Fələstində ən gənc məhbus işğalçı rejim həbsxanasından azadlığa buraxılıb-FOTO
Fələstində ən gənc məhbus işğalçı İsrail rejim həbsxanasından azadlığa buraxılıb və ailəsinin yanına gəlib. Maide.Az xəbər verir ki, 12 yaşlı xanım Dima Əl-Vavi israiilli əsgərləri bıçaqlamağa cəhd göstərmək ittihamı ilə həbs olunmuşdu. O, bazar günü azadlığa buraxıldıqdan sonra deyib: “Sevinirəm ki, azadlığa çıxdım. Zindan çox pis yerdir. Həbsxanada olduğum vaxt bütün dostlarım, sinif yoldaşlarım və ailəm üçün darıxmışdım”. İşğalçı İsrail rejim həbxsnalarında saxlanılan uşaqların sayı ötən ilin sentyabr ayında başlayan üçüncü intifadədən sonra daha da çoxalıb. Haaretz qəzetinin məlumatına görə, işğalçı rejim həbsxanalrında saxlanılan fələstinli məhbus uşaqların sayı ötən ilin sentyabr ayında 170 nəfər idisə, bu rəqəm 2016-cı ilin yanvar ayında 438 nəfərə çatıb.