Fələstinin işğal olunmuş ərazilərində İsrailə zidd mitinq
Fələstinin işğal olunmuş ərazilərində yüzlərlə insan etiraz mitinqi keçirərək Sionist İsrail rejiminin minlərlə bədəvi fələstinlini evlərindən köçürtmə layihəsinə etiraz ediblər. Maide.az xəbər verir ki, cümə axşamı günü 400-dən çox fələstinli etiraz mitinqində iştirak edərək İsrail əleyhinə şüarlar səsləndiriblər. Onlar Ətir və Ümm al –Hiranda bədəvi fələstinlilərin kəndlərini dağıdılmasını və orada İsraillilər üçün qəsəbələr tikilməsini dayandırmağı tələb ediblər. İşğalçı İsrail rejimi Fələstinli bədəvilərin kəndlərini dağıtmalqa Nəqb bölgəsində yeni qəsəbələr tikmək istəyir. Nəqb səhrasında hazırda 192 min bədəvi ərəb yaşayır. İsrail rəsmiləri 1949-cu ildən Fələstinli bədəviləri öz evlərindən məcburi çıxardır. Evləri dağıdırvə insanları köçməyə məcbur edir. /