Fələstinli gənc 14 israillini öldürdü
21 yaşlı Fələstinli gənc Əbdül Möhsin Həsunə işğal olunmuş Qüdsdə sionist mühacirləri avtomobil ilə vurub öldürdü. Maide.az xəbər verir ki, Ə.M.Həsunənin hücumu nəticəsində 14 israilli həlak olub, 2 nəfər də yaralanıb. İşğalçı israil hərbiçilərinin atəşi nəticəsində Ə.M.Həsunə şəhid olub. Qeyd edək ki, bir müddət öncə daha bir Fələstinli Qərb sahilinin şimalında 4 işğalçı israil hərbiçisini maşınla vurmuşdu və yaralamışdı. Qərb sahilinin müxtəlif bölgələrində yerləşən fələstinlilərin mənzillərinə və Məscid-ul- Əqsaya sionist mühacirlərin hücumları davam etməkdədir. İndiyədək qarşıdurmalar zamanı 110 fələstinli şəhid olub, yüzlərlə fələstinli isə yaralanıb. İndiyədək 20 israilli həlak olub. /