Maide.az

Fələstinli uşaq partlayan güllələrlə öldürülüb

Maide.az xəbər verir ki, Fələstin hökuməti İsrail rejimi ordusunu İordan çayının qərb sahilindəki Beytullahim şəhərində evlərinin yanında oynayan 13 yaşlı fələstinli Əbdürrəhman Mustafanı öldürməkdə günahlandırıb.   Açıqlamada bildirilir ki, Mustafa İsrail rejimi əsgərləri tərəfindən susdurucu taxılmış silahla və hədəfə çatdıqda partlayan gülləylə soyuqqanlılıqla öldürülüb.   Hökumətin açıqlamasında həmçinin qeyd olunur ki, Mustafanın ailəsi uşaqlarının evlərinin yanında oynamaq üçün bayıra çıxdığını, münaqişələrin olduğu ərazinin yaxınlığında olduğunu və işğalçı əsgərlərə qarşı heç bir təhlükə yaratmadığını bildirib.