Maide.az

Fələstin bayrağı BMT-də dalğalanacaq

30 sentyabrdan etibarən Fələstin bayrağı rəsmi mərasimlə BMT-də dalğalanmağa başlayacaq. Maide.az xəbər verir ki, mərasimdə Fələstin prezidenti Mahmud Abbas və Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak edəcək. 10 sentyabrda BMT-nin Ümumi Qurultuyaında qəbul edilən “müşahidəçi dövlətlərin bayraqlarının BMT qarşısında yer alması” qanunu icra ediləcək. Bu qanuna görə, BMT-də müşahidəçi dövlət statusunda yer alan Fələstin və Vatikanın da bayraqları BMT qarşısında dalğalanacaq. Ümumi Qurultayda qanunun qəbul edilməsinə 119 ölkənin səs verməsi səbəbilə, mərasimdə çox ölkə təmsilçisinin iştirak etməsi gözlənilir./