Maide.az

Fələstində yenə həbslər həyata keçirilir

Maide.az xəbər verir ki, sionist hərbçilər bu gün İordan çayının qərb sahilində əl-Xəlil, Ramullah, Nablos və Ərihanın müxtəlif bölgələrinə hücum edərək 16 fələstinlini saxlayıb.    Sionist rejim hərbçiləri həmçinin çərşənbə axşamı gecə Qüdsün cənub-şərqində əl-İsəviyyə və əl-Eyzəriyyə məntəqələrinə hücum edərək fələstinli gənclərlə toqquşublar. Atəş nəticəsində ən azı 5 fələstinli gənc yaralanıb.    Bu hücumda bir fələstinli yeniyetmə və bir gənc də həbs olunub və naməlum məkana aparılıb.