Maide.az

Fələstinli balıqçı sionist hərbçilər tərəfindən vurulub

Bbu gün səhər sionist hərbçilərin Qəzzanın Əl-Sudaniyyə sahili yaxınlığındakı balıqçılara və onların qayıqlarına qarşı hücumunda bir gənc fələstinli balıqçı yaralanıb.   Maide.az xəbər verir ki, bu gün səhər həmçinin sionist hərbçilər Qüdsün müxtəlif məntəqələrinə basqın edərək, 8 fələstinlini həbs ediblər.   Sionist hərbçilər habelə hərbi təlimlər bəhanəsi ilə Əl-Əğvarda 4 mənzilə basqın edərək, fələstinlilərdən mənzillərini boşaltmağı əmr ediblər.   Xatırladaq ki, cari ilin əvvəlindən bəri sionist hərbçilər 15 dəfədən çox 20 fələstinli ailədən istəyiblər ki, hərbi təlimlərə görə mənzillərini boşaltsınlar.