Maide.az

Fələstinli anaların, `Şəhadətin mübarək, oğlum` sədaları

İsrailin quru hərəkatı ilə davam etdirdiyi hücumlarda, Qəzzanın şimalında olan Tuffah şəhərindəki Əlvan ailəsinin evi bombalanıb.   FaktXəbər-in məlumatına görə, bombardmanda dünyasını dəyişən Əhməd Rizk Hayekin 2, Qəssam Hamid Əlvanın 4, İmad Hamid Əlvanın isə 6 yaşı olub.    Uşaqların cənazə mərasimi ürəkləri dağlayan səhnələrlə yadda qalıb. Analar övladlarına, "Şəhadətin mübarək, oğlum", - deyərək, ağılar deyiblər.   Xatırladaq ki, İsrailin 7 iyuldan bəri Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində şəhid olanların sayı 309-dur. Onlardan 74-ü uşaq, 26-sı qadındır. Yaralıların sayı isə rəsmi rəqəmlərdə 2268 göstərilib.