F.Moqreni: Avropa İttifaqı İran raketlərinə görə narahat deyil
İranın raketlərinə görə narhat deyilik. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu gün Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirdiyi birgə mətbuat konfransında deyib. Maide.az xəbər verir ki, F.Moqreni deyib ki, bir neçə dəfə Bürüsseldə demişik ki, bu sınaqlar fəaliyyətlərin birgə kompleks planına (JCPOA) zidd deyil və biz İranın bu sahədəki fəaliyyətlərilə bağlı narhat deyilik. F.Moqerini deyib ki, İran ilə əməkdaşlıq üçün yaranmış fürsəti alqışlayıram və Avropa banklarının İranla bank əlaqələri qurmaqda maraqlıdır. Mətbuat konfransında çıxış edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Aİ-nin ofisinin Tehranda açılması üçün danışıqlar gedir və bu gün idari proseduranın başlaması haqqında lazimi danışıqları apardıq. “Əməkdaşlığımız üçün ən önəmli sahə fəaliyyətlərin birgə kompleks planının (JCPOA) icrasıdır. Biz əminik ki, Aİ-nin mənafeyi bu planın icrasındadır”. İ ran XİN başçısı bildirib ki, İran və Aİ arasında bir neçə müştərək bəyanat qəbul olunacaq. “Müştərək bəyanatda İran və Aİ-nin gələcək əməkdaşlıq sahələri müəyyənləşib. Dinc məqsədlərlə nüvə texnologiyaları sahəsinə əməkdaşlıq, enerji sahəsinə əməkdaşlıq və elm və tədqiqatlar shəsində müştərək əməkdaşlıq haqqında da müştərək bəyanatda qeyd olunub.” O əlavə edib ki, İran və Aİ arasınad əlaqələrdə bu gün yeni səhifə açılıb. Bildirilir ki, Moqerinin Tehran səfərində energetika, sənaye, nüvə texnologiyası üzrə dörd əməkdaşlıq sənədi və ikitərəfli həmkarlıqlar üzrə müştərək bəyanat imzalanacaq. İran İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani və İran İslam Respublikasının Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Əkbər Vilayəti ilə görüş Moqerinin Tehran səfərinin proqramlarından elan olunub. Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru şənbə günü səhər tezdən Tehrana səfər edib.