Şeyx Zəkzakinin son durumu: 'Nigeriya hökuməti Zəkzakini öldürməyə çalışır'
Yanvarın 9-da bir qrup fəal Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki ilə görüşüb və Zəkzakinin sağlamlığının həddən artıq pisləşdiyini açıqlayıb. Maide.Az "hawzahnews"a istinadla xəbər verir ki, bu barədə Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzakinin ofisi yayımladığı bəyanatda bildirilir. Bəyanatda bildirilir: “Öncədən elan etidyimiz kimi, hələdə həbsxana işçiləri Şeyx Zəkzakinin həkimlər tərəfindən müayinəsinə əngəl yaradır. Bu səbəbdən Şeyx Zəkzakinin səhhətinin nə qədər ağır olduğunu bilmək çətindir. Heç şübhəsiz zalim hökumət Şeyx Zəkzakinin xəstəliyini gizlətmək və onun taleyini məhkəmədə həll etmək istəyir. Bu səbəbdən prokror xanım Aşiyə Diko Şeyx Zəkzakinin taleyi ilə bağlı hökumətin deyil, məhkmənin qərar verməli olduğunu açıqlayıb. Onların əsas məqsədi məhkəmə tərəfindən Şeyx Zəkzakini günahkar tanınması və ölümünə qərar verilməsinə çatmaqdır. Bunun üçün bəhanələr axtarırlar. Bu ədalətsiz iddialar çox təhlükəlidir və Nigeriya üçün geridönüşü olmayan bir ziyan gətirəcək”. Bəyanatda bütün ölkə daxili və xaricində olan fəallar və qruplardan istənilib ki, Şeyx Zəkzaki və onun həyat yoldaşının azadlığıa buraxılması üçün Nigeriya hökumətinə lazimi təzyiq göstərsinlər. "Biz beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırırıq. Şeyx Zəkzaki xəstəxanada xəstəliyinə görə ölərsə, məsuliyyəti hakimiyyətin və beynəlxalq qurumların üzərindədir" Qeyd edək ki,17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Bir müddət öncə Şeyx Zəkzakinin Hindistanda müaəlicəsinə icazə verilsə də Nigeriya hökumətinin təzyiqi ilə yenidən ölkəyə geri qaytarılıb. 2019-cu ilin dekabr ayında Şeyx Zəkzaki və onun həyat yoldaşı Malam Zinət hökumət qüvvələrinin nəzaritndə olan həbsxanaya yerləşdirilib. Burada isə onun müalicəsi aparılmır, lazım olan dərmanlarla təmin olunmur.