Şeyx Zəkzakinin vəziyyəti pisləşdi
2 ildən çoxdur həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhəti pisləşib. Maide.Az xəbər verir ki, bu barədə Şeyx Zəkzakinin qızı Süheyla Zəkzaki “əl-Ahd” saytına açıqlamasında məlumat verib. Onun sözlərin görə, atasında göz xəstəliyi (qlaukoma) yaranıb. Qeyd edək ki, qlaukoma gözdəki mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Süheyla Zəkzaki bildirib ki, atasının müalicə olunmasına icazə verilməyib. Qeyd edək ki, bundan öncə Nigeriya siyasi fəallarından Yusif Həmzə Şeyx İbrahim Zəkzakinin saxlanma şəraitinin pis olması və vaxtı-vaxtında tibbi xidmət ala bilməməsi səbəbindən iflic olub, gəzə bilməməsini açıqlamışdı. Y.Həmzə deyib ki, Şeyx Zəkzakinin sağlamlığı bizim üçün qırmızı xətdir. “Əgər onun başına bir iş gələrsə etirazlar dinc formatdan çıxa bilər. Abucada Zəkzakinin azadlığı üçün müxtəlif mitinqlərin keçriilməsi davam etdiriləcək”.